ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Minsk qrupu ölkələri ilə geniş tərkibdə görüş keçiriblər.

Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən məlumat verilib.
Görüş aprelin 19-da Vyanada baş tutub.
Həmsədrlər münaqişənin nizamlanmasının hazırkı vəziyyəti barədə məlumat veriblər.
.