“Noyabrın 17-19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdədirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ və Fransadan olan həmsədrlər, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Moskvadadırlar: “Onlar Rusiya XİN-də məsləhətləşmələr keçiriblər. Həmsədrlər eləcə də Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə görüşüblər. Həmsədrlərin atəşkəs sonrası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əməkdaşlığı müzakirə olunub”.

Rusiya XİN-in rəsmisi ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə təmasları dayandırmadığını da qeyd edib: “Bu təmaslar bütün gün ərzində davam edir”.

.