Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması mərasiminə qatılmaqdan imtina edib.

"Le Figaro" nəşri xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Hussam Badran məlumat verib.

Badran qeyd edib ki, HƏMAS sülh danışıqlarında Qətər, Misir və Türkiyədəki vasitəçilərə arxalanacaq.

Oktyabrın 13-ü bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "sülh sammiti" keçiriləcək.

.