Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi başlayıb.

Yenizaman-ın “IRNA“ agentliyinə istinadən xəbərinə görə, tədbir Təbrizdə keçirilir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

.