"Xalq artisti Arif Quliyevin vəziyyəti ciddi ağır qiymətləndirilir. Xalq artisti təxminən 10 gündür virusa yoluxub. Xəstəxanada aparılan müalicələrə baxmayaraq vəziyyətində ağırlaşmalar olduğu üçün bu gün reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib".

Bunu “Report”a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatı dəstəyindədir:

"Lazım olunan bütün müayinə və müalicələr aparılır. Amma vəziyyəti olduqca ağırdır".

.