Azərbaycanda hədə-qorxu ilə külli miqdarda əmlak əldə edənlərlə bağlı cəza sərtləşdirilir.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Belə ki, məcəllənin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinə yeni bənd əlavə edilir.
Əlavə edilən 182.4-cü bəndinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər və bu əməllər əməllər mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə 13 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırda bu maddədə nəzərdə tutulan ən ağır cəzanın yuxarı həddi 15 ildir.

Azərbaycanda ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq.
Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə də dəyişiklik təklif olunur.
Qüvvədə olan maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklə maddəyə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının əlavə olunması təklif edilir.
.