İmam Hatip Liseyinin ünvanına dediyi sözlərə görə həbs edilən müğənni Gülşən ifadəsini verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin məhkəmədəki çıxışı ortaya çıxıb.
Gülşən məhkəmədə açıqlamasında bunları söyləyib:
"Yadımda qalan bu çıxış 30 aprel 2022-ci ildə Ataşehirdə verdiyim konsertdə oldu. 25 ildir sənətçiyəm. Musiqiçi həmkarlarım var. Bu qrupla konsertlərdə çıxış edirəm. Mənim heyətimdə olan dostum Miraçın ləqəbi İmamdır. Dostlarımızla öz aramızda zarafat edirik. Bədbəxtlik nəticəsində bu iki söz bir araya gəlib. Bu söhbət Miraçla mənim aramdakı söhbətdir. Orkestrama "məni dinləyicilərimin arasında çiynində daşı" dedikdə, "İmam səni daşısın" dedim: Biz və Miraç. Bu çıxış nə konsert iştirakçılarına, nə də mediaya etdiyim çıxış deyil. Mən ölkəsini sevən, imkan bərabərliyinə inanan, heç kimə nəyisə əsirgəməyən bir sənətçiyəm. Kim tərəfindən və hansı məqsədlə bilmirəm, amma mən hesab edirəm ki, bu, təxribat xarakterli olub".
İstanbul 2-ci Sülh Cəza Məhkəməsindəki müdafiəsində Gülşen Çolakoğlu polis və prokurorluğa "Mənə ehtiyacı olan bir uşağım var. Mən cinayət törətməmişəm. Nə vaxt desəniz gələ bilərəm. Həbs olunmadan mühakimə olunmaq istəyirəm. Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm", - deyə bildirib.

.