Respublikanın əsas avtomobil yollarının vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 24 fevral Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir. Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Giləzi - Xızı yolunda qar yağır, 8-10 dərəcə şaxta var. Yoldan kənarda qarın hündürlüyü 10-15 sm təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bakı - Qobustan yolunda qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-25 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş,  qum-duz səpilmişdir. Şaxta 5-7 dərəcə təşkil edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 

Qobustan - Şamaxı - Muğanlı yolunda qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-30 sm qar var. Şaxta 4-5 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

Muğanlı - Ağsu - Yevlax yolunda qar yağır, güclü külək əsir. Muğanlı ərazisində 15-20 sm qar, 5-6 dərəcə şaxta var. Ağsu dolaylarında 8-15 sm qar yağmış, yolun Ağsu-Ağdaş hissəsində 1-2 dərəcə şaxta var, yolda qar yoxdur. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul yolunda qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda qar yağır, yolun kənarlarında 10-15 sm qar var. Güclü külək əsir, yolun 0-25 km hissəsində, eləcə də meşə zolağında yerləşən hissəsində buzlaşma əmələ gəlmişdir. Şaxta 3-4 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ - Oğuz- Şəki yolunda marşrut boyu qar yağır, güclü külək əsir, 2-3 dərəcə şaxta var. İsmayıllı və Qəbələ rayonları ərazisində 10-15 sm, Oğuz və Şəki rayonları ərazisində 2-3 sm qar var. Hazırda kənd yolları daxil olmaqla yolların qardan təmizlənməsi və normal hərəkətin nəmin olunması istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda marşrut boyu zəif qar yağır, güclü külək var. 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

Yevlax – Şəki (Göybulaq) yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi yolunda yolun Masallı-Astara hissəsində zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunda qar yağır, güclü külək əsir, şaxta 5-6 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

.