Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları zamanı 140 saatdan sonra 7 aylıq uşaq dağıntılar altından sağ çıxarılıb.
Bu barədə Anadolu məlumat yayıb.
Qeyd olunub ki, Hatayın Antakya rayonu Kışla Saray Məhəlləsində Fevzi Çakmak küçəsində yerləşən yaşayış binasının dağıntılarından səs gəldiyini müəyyən edən qruplar işlərini intensivləşdirib.
140 saat sonra dağıntılar altından xilas edilən Həmzə adlı 7 aylıq körpə təcili yardımla xəstəxanaya aparılıb.
.