Son iki ildə Azərbaycan hökuməti ilə iqtisadi diversifikasiya məsələləri üzərində işləmək bizim üçün böyük şərəf olub.

Bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Harvard Universitetinin Growth Lab bölməsinin ABŞ-dan olan baş meneceri Tim Cheston deyib.

O bildirib ki, mən pessimist deyiləm, əksinə, Azərbaycanla bağlı nikbinəm.

"İllik 50-100 milyard dollar həcmində tranzit axınlarının gözlənildiyi nəqliyyat dəhlizləri Azərbaycan üçün yeni ixrac imkanları yaradır. Bu, sadəcə Türkiyə bazarına deyil, həm də Avropaya və digər qlobal dəyər zəncirlərinə çıxış imkanı deməkdir" - deyə əlavə edib.

.