“Tottenhem”in hücumçusu Harri Keynin karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.
Bu barədə idman jurnalisti Nikola Skira özünün “Twitter” səhifəsində məlumat verib.
O, 27 yaşlı futbolçunun “Mançester Siti” ilə 5 illik müqaviləni razılaşdırdığını qeyd edib. Skiranın sözlərinə görə, Keynin illik məvacibi 16 milyon avro olacaq.
Jurnalist, həmçinin “Tottenhem”in bu transferdən 160-170 milyono avro qazanacağını bildirib.