Ötən mövsüm Avropanın 5 ən böyük liqasının ən çox qol vuran futbolçusu olan “Bavariya”nın hücumçusu Harri Keynə “Qızıl buts” mükafatı təqdim olunub.

Bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 31 yaşlı oyunçu 2023-cü ilin avqustunda “Tottenhem”dən “Bavariya”ya keçib. O, Münhen təmsilçisi ilə 2023/2024 mövsümündə bütün turnirlərdə  45 oyuna çıxıb, 44 qol vurub.

.