Həkimlər hansı ağrıların infarkt əlamətləri ola biləcəyini açıqlayıblar.

Bu barədə “British Heart Foundation” saytında məlumat verilib.

Mütəxəssislər sinə nahiyəsində qəfil ağrı ortaya çıxarsa və daha da şiddətlənərsə - qollara, kürəyə, boyuna və ya çənəyə yayılarsa; nəfəs darlığı və ya əhvalın pozulması meydana gələrsə, dərhal həkimə müraciət etməyinizi məsləhət görürlər.

Digər hallarda, sinə nahiyəsində ağrı stenokardiya, həzm sisteminin pozulması və ya əzələ gərginliyinə işarə ola bilər.

Həmçinin, infarkt əlamətləri arasına mütəxəssislər tərləmə, başgicəllənmə, ani narahatlıq hissi, ağciyərlərdə maye yığılması səbəbindən həddindən artıq öskürək və ya xırıltını da əlavə edirlər.
 

.