“Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik. Bununla belə, hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, sentyabr və oktyabrda "Delta" ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir: “Peyvəndlərdən mütləq şəkildə istifadə etməliyik. Peyvəndlər təsirli və təhlükəsizdir”.

ÜST: Payız aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir

“Koronavirusa yoluxma sayları azalıb, amma diqqət etməyimiz lazımdır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, çünki sentyabr, oktyabr aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir: “Başqa ştammlar da ola bilər. ÜST olaraq daim bunları monitorinq edirik”.

.