HAMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deif öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında bildirilib.

"Biz indi təsdiq edə bilərik: Məhəmməd Deif məhv edilib", paylaşımda qeyd olunub.

Xatırladaq ki, iyulun 13-də IDF HAMAS-ın hərbi lideri Məhəmməd Deifə qarşı hava hücumu təşkil etmişdi.

İsrail mətbuatı xəbər verir ki, yalnız son saatlarda IDF iki həftə bundan əvvəl onun hava hücumu nəticəsində Deifinin ölümünə dair əlavə kəşfiyyat məlumatı əldə edib.

.