Misirdə HAMAS-la İsrail arasında davame dən danışıqlarda təşkilatın nümayəndə heyətinə rəhbərlik edən Xəlil əl-Həyyə İsrailin Qəzzaya hücumların dayandırılması ilə bağlı əvvəlki öhdəliklərini yerinə yetirmədiyini vurğulayaraq hücumların qəti şəkildə sona çatması üçün həqiqi zəmanət tələb etdiklərini bildirib.

Əl-Həyyə açıqlaması zamanı hücumların dayandırılması, İsrailin Qəzza zolağından çəkilməsi müqabilində ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq fələstinli məhbusların əvəzində bütün israilli girovları azad etməyə hazır olduqlarını bildirib.

İsrailin tarix boyu verdiyi vədlərə əməl etmədiyini bildirən əl-Həyyə faktiki işğal yaşadıqlarını və bir an belə ona İsrail tərəfinə güvənmədiklərini deyib.

Açıqlaması zamanı o, beynəlxalq ictimaiyyətdən, Trampdan və danışıqları dəstəkləyən ölkələrdən real zəmanət tələb edib.

.