Braziliya təmsilçisi "Atletiko Mineyro"nun hücumçusu Halk XXI əsrdə klubun ən yaxşı bombardiri olub.
Futbolçu Braziliya çempionatının VI turunda, "Qremio"ya (2:1) qarşı oyunda 113-cü qolunu vurub.
38 yaşlı braziliyalı həmyerlisi Dieqo Tardellinin (112 qol) rekordunu qırıb.
Qeyd edək ki, Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 41 oyunda 18 qola imza atıb.
.