Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Daha əvvəl bildirilmişdi ki, nazirlər bu görüşdə münasibətlərin normallaşdırılması və qarşılıqlı ticarət həcminin artırılması barədə danışacaqlar.
.