Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan vəzifəsinin icrasına başladıqdan sonra ilk paylaşımını edib.

Hakan Fidan Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsini İbrahim Kalına təhvil verdiyini bildirib. Həmçinin xarici işlər naziri vəzifəsini ona həvalə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.

Nazir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Köklü ənənələrə sahib olan Xarici İşlər Nazirliyimizlə milli xarici siyasət vizyonumuzu daha da inkişaf etdirəcəyik”, - deyə o qeyd edib.

.