Türkiyə Ukrayna münaqişəsində vasitəçi kimi mümkün olan hər şeyi etməyə və dialoq üçün platforma təmin etməyə hazırdır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.
Onun sözlərinə görə, Türkiyə Ukrayna münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır: "Bu, vasitəçilik roluna aiddir: Türkiyə özü vasitəçilik edə bilər, ya da belə bir platforma təmin edə bilər".
Fidan vurğulayıb ki, bu qeyri-sabitlik, eskalasiya müharibənin daha da alovlanmasına səbəb ola bilər, ona görə də ona son qoymaq üçün mümkün olan hər şey edilməlidir.
Qeyd edək ki, Türkiyə XİN başçısı Moskvaya iki günlük işgüzar səfərə gəlib. Onun həmkarı Lavrovdan başqa digər Rusiya rəsmiləri ilə görüşü planlaşdırılıb.
.
