Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi aprelin 3-4-də NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.

Hakan Fidanın görüş çərçivəsində ikitərəfli danışıqlar da aparacağı da gözlənilir.

.