Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, səfər iyun ayının ortasında baş tutacaq.
Zaxarova qeyd edib ki, Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
.
