Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün axşam saatlarında (22 mart) Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Danışıq zamanı H. Fidan Türkiyənin Moskvada törədilən dəhşətli terror aktını pisləyidiyini vurğulayaraq, dövlət başçısının və Türkiyə xalqının başsağlığını Rusiya xalqına və hökumətinə çatdırıb.
 

.