Türkiyənin xarici işlər naziri Hakan Fidan İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfnin də iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, səfərdə onu hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini və partiyanın sözçüsü Ömər Çelik müşayiət edir.
Qeyd edək Silvio Berluskoni iyunun 12-də Milanda xəstəxanada 87 yaşında vəfat edib. O, 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. S.Berluskoni dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.
.
