HAMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin Zirvəsində çıxışı zamanı deyib.
Hakan Fidan vəziyyətin son dərəcə kritik mərhələyə çatdığını bildirib.
Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət İsrailə qarşı təzyiqləri artırmalıdır. O qeyd edib ki, İsrail humanitar yardım razılaşmasına əməl etmir və yardımlar hələ də anbarlarda saxlanılır.
Hakan Fidan əlavə edib ki, HAMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.
