Türkiyə Qəzzada davam edən müharibənin region ölkələrində, xüsusilə Livan, Misir və İordaniyada sabitliyi pozmaması üçün əlindən gələni edir.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Livanda həmkarı Abdullah Buhabib ilə ortaq mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Qəzzada davam edən acı vəziyyətin dayandırılması və mülki əhalinin zərər görməməsi üçün görüləcək tədbirləri həmkarı ilə müzakirə edib:
“Fələstin Dövlətinin qurulması təxirə salındıqca, bölgədə sülh bərqərar olmayacaq. Son hadisələr də bunu sübut etdi. Türkiyə olaraq hər cür vasitəçi və humanitar yardım məsələlərində rolumuz var. İndiyədək müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Xüsusilə əcnəbilərin və mülki şəxslərin azad edilməsi üçün səylərimiz davam edir. Davamlı sülhü təmin etmək üçün səylərimiz bundan sonra da davam edəcəkdir”.
.
