Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin gücləndirilməsi bölgədə strateji və siyasi prioritetdir.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üç ölkənin birgə fəaliyyəti təkcə bu ölkələrin mənfəəti ilə bağlı deyil:

"Bu gün üç ölkənin XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə edib. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr zamanında üç ölkənin təsis etdiyi sülh şəraiti və iş birliyi həqiqi strateji dəyər ifadə edir".

O qeyd edib ki, bundan sonrakı hədəf enerji, nəqliyyat, əlaqələr cəhətdən daha bütünləşən bir bölgə inşa etməkdir.

.