"Azərbaycanın Cənubi Qafqazın parlayan ulduzuna çevrilməsini Türkiyə olaraq fəxrlə izləyirik".

Bunu XI Bakı Qlobal Forumunda çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O deyib ki, Azərbaycan regional layihələr, regional diplomatiya sahəsində haba çevrilib: "Azərbaycan əhəmiyyətli tədbirlərə ev sahibliyi edib və edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan vacib rol oynayır".

Hakan Fidan deyib ki, Azərbaycanın Avropa ilə enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli dialoqu var.

.