Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hakan Fidan Abbas Əraqçi ilə yanaşı, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir və İndoneziyanın xarici işlər nazirləri ilə də telefon danışığı aparıb.
O, ABŞ–İran gərginliyini müzakirə edib, hücumların dayandırılması məqsədilə atıla biləcək addımlar nəzərdən keçirilib.
.
