Haiti adasında "Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.
 
APA-nın məlumatına görə, bu barədə xəbəri "Reuters” agentliyi yayıb.
 
Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı.  Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar  ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a  təyin edilmiş prezident və parlament seçkiləri  təxirə salınıb.
 
Dağıdıcı  qasırğadan  sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. "Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.  
.