Haitidə baş verən zəlzələ zamanı azı 11 nəfər ölüb.
Bu barədə "Agence France-Presse" ölkə hökumətinin təmsilçisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ötən gün ölkənin şimal sahilində 5,8 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.
.
