Azərbaycanın azad etdiyi Hadrut qəsəbəsində İkinci Qarabağ müharibəsindən sonra bütün tikililər, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb.

Bu barədə Rusiyanın "İzvestiya" qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, "İzvestiya" qəzetinin müxbiri Hadrut azad edildikdən sonra buraya ilk gələn xarici jurnalistlərin arasında olub:

"Artıq heç kimin yaşamadığı qəsəbədə müharibə bitdikdən sonra hər şey toxunulmaz qalıb. Azərbaycanlı hərbçilər yalnız texnikanın keçməsi üçün yolları təmizləyib və ərazinin minalardan təmizlənməsini davam etdirir".

.