
Müğənni Hadisə münsiflər kürsüsündə olduğu "O səs Türkiyə"nin finalından sonra bütün planlarını ləğv edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, menecerinə "planlaşdırılmış 10 konserti ləğv et, martın əvvəlinə kimi işləməyəcəyəm. Çox yorulmuşam" deyib.
6 aydır ki, həftənin 3 günü televiziya çəkilişində, qalan günləri konsertdə olan Hadisə bacıları Derya və Gülnihalla ABŞ-a gedib.