Hacıqabul sakini özünə tüfəngdən atəş açıb.

Hadisə Hacıqabul rayonunun İkinci Udullu kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Abbasov Mərhəmət Mübariz oğlu ozünü ov tüfəngi ilə güllələyib.

Şirvan Şəhər Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

.