Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məluamata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
.