3 gün əvvəl Hacıqabul-Horadiz yolunun İmişlidən keçən hissəsində ekskavatora çırpılan "pikap”da (sərnişin və yükdaşıyan avtomobil) ölən şəxs tanınmış iş adamı, Hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) bacanağının oğludur.

Bu barədə Modern.az-a Hacı İbrahim özü məlumat verib.
O qeyd edib ki, dünyasını dəyişən 41 yaşlı Vüsal İbrahimov Bakıda yaşayırmış:
"Evi, ailəsi Bakıdadır, bir oğlu, bir qızı var. İşlə bağlı İmişlidə idi. Qismət, nə etmək olar”.
.