Azərbaycan Beynəlxalq Bankından götürüb qaytarmadığı külli miqdarda kreditlə bağlı may ayının 12-də DİN Baş Mütəşəkkil Cinaətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan və iki milyon manata yaxın ödənilməyən kredit faizini ödədikdən sonra sərbəst buraxılan iş adamı Hacı İbrahim Nehrəmli bu gün yenidən "Bandotdel”ə çağrılıb. Məlumatda deyilir ki, Hacı İbrahim Nehrəmli bu gün iyunun 12-də günün birinci hissəsində "Bandotdel”ə çağrılıb və bir neçə saatlıq dindirmədən sonra günün ikinci hissəsində sərbəst buraxılıb. İş adamıın yenidən dəvət olunmasının səbəbləri məlum olmasa da, onun yenidən Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditlərlə bağı olduğu güman edilir. Məlumata görə Hacı İbrahim Nehrəmlinin ölədən çıxışına qoyulan qadağa hələ də qüvvədədir. Bank kreditləri ilə bağlı problemlə yanaşı Hacı İbrahim Nehrəmlinin işçiləri ilə əmək haqqı qalmaqalı da hələ davam edir. İş adamı mediaya açıqlamasında işçilərinin əmək haqqı problemini həll edəcəyini vəd etsə də, bu istiqamətdə heç bir irəliləyiş baş verməyib. Hacı İbrahim Nehrəmlindən dörd aydır əmək haqqını ala bilməyən işçilər isə hər gün "Avesta Konserni”nin M.Araz küçəsindəki ofisinin qarşısına toplaşıb, haqqlarını tələb etsələr də, iş adamı onların qabağına çıxmaqdan imtina edir. İşçiləri görüşməkdən yayınan Hacı İbrahim Nehrəmlinin vaxtını əsasən "Xəzər Adaları”ndakı "Stingray” restoranında keirdiyi iddia olunur.
