Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyevin daha bir vəkili - Zaur İbadov müdafiə çıxışı edib.

Vəkil Habil Vəliyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

H.Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın.

Məhkəmə hökmü qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmə əsasən H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
.