Azərbaycanın Gürcüstanla sərhəd məntəqələrində infrastruktur imkanlarının yaxşılaşdırılması üzrə işlər aparılacaq.

Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycanın Rusiya ilə sərhədində "Xanoba" gömrük postunun açılış mərasiminin kuluarlarında jurnlistlərə deyib.

Onun sözlərinə görə, bu gün "Xanoba" sərhəd-keçid məntəqəsinin yenidənqurmadan sonra işə salınması baş tutub və məntəqə Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcək.

"Azərbaycanın bütün, o cümlədən, Gürcüstanla sərhəd məntəqələrində də analoji işlər aparılacaq", - o deyib.

Şahin Bağırov, həmçinin, Azərbaycan-Gürcüstan sərhədində yenidənqurma işlərinin layihələndirilməsi üzrə işlərin artıq aparıldığını əlavə edib.

.