![](/uploads/img/posts/2024/02/01/3jpg-1706798099.jpg)
Gürcüstanda ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” və onun tərəfdaşları 2024-cü ilin payızında keçiriləcək parlament seçkilərinin nəticələrini boykot etmək üçün səbəblər axtarır.
“Sputnik-Georgia” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ilin oktyabrında keçirilməlidir ki, bu həm səsvermə sistemi, həm də seçki sistemi baxımından ilk və unikal olacaq. Partiya parlamentə yalnız ən azı 5 faiz səs toplayacağı halda daxil ola biləcək. Bu gün “Gürcü arzusu” bütün ictimai rəy sorğularında liderdir.
“Seçkilərin nəticələrini boykot etmək “Vahid Milli Hərəkat” üçün adi qaydadır. Mən 2024-cü ilin istisna olacağını düşünmürəm və indi növbəti seçkiləri boykot etmək üçün bəhanələr hazırlayırlar”, - o bildirib.
.