Gürcüstanın Niderland Krallığındakı səfiri Davit Solomonia hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verib.
Diplomatın açıqlamasını onun bacısı sosial şəbəkədə paylaşıb.
“Gürcüstanın diplomatik xidmətində olduğum üç onilliyin çox hissəsi Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar öhdəliklərinizin həyat seçimlərinizlə üst-üstə düşərsə, bu böyük bir nemətdir. Mən öz rəsmi vəzifələrimi açıq şəkildə yerinə yetirmişəm. İnanırdım ki, heç olmasa proseslərə təsir edə bilərəm. Bu gün bu ümid bitdi. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm” - deyə səfirin bəyanatında deyilir.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri də hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarına etiraz olaraq istefa verib. Gürcüstanın Koreyadakı səfiri də qərarı qınayan bəyanat yayıb.
.