Gürcüstan hökumətində təkcə müdafiə naziri Cuanşer Burçuladze istisna olmaqla, heç bir dəyişiklik olmayacaq.

Yenizaman Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının bu gün keçirilən qurultayında namizədliyi baş nazir postuna irəli sürülən İrakli Kobaxidze deyib.

“Yalnız müdafiə naziri Cuanşer Burçuladze siyasəti tərk edərək başqa sahəyə keçmək istəyir. Mən onun qərarına hörmət edirəm. Ona görə də bu vəzifəyə İrakli Çikovani (hakim “Gürcü arzusu” fraksiyasının sədr müavini və parlamentin vitse-spikeri) irəli sürüləcək”, - o bildirib.

.