Gürcüstan ən ağır təzyiqlərə boyun əymədi, Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açmadı və bununla da sülhü qorudu.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.
“Biz ən ağır təzyiqə boyun əymədik, ikinci cəbhə açmadıq, sanksiyalara qoşulmadıq. Böyük risk bahasına biz ölkə üçün sülhü qoruduq”, Kobaxidze bildirib.
.