Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

Baş nazir bu barədə hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

“İctimaiyyətə komandamızla müzakirə etdiyimiz qərar barəsində məliumat vermək istəyirəm. Bu gün mən Baş nazir vəzifəsini tərk edirəm”, - Qaribaşvili deyib.

Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini əvəz edərək Baş nazir postunu tutub. 2015-ci ildə vəzifəsindən istefa verən Qaribaşvili 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri təyin edilib.

Xatırladaq ki, bu gün Gürcüstanın KİV-də Baş nazir İrakli Qaribaşvili ilə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bir-birini əvəz edəcəyi ilə bağlı məlumat yayılıb.

.