Gürcüstanın Baş naziri Almaniya Bundestaqının qətnaməsini ədalətsiz adlandırıb.

Bunu Gürcüstan baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Almaniya Bundestaqının qətnaməsinin ədalət və prinsiplərlə heç bir əlaqəsi yoxdur: "Bu qərar çox təəssüf doğurur. Bundestaqın bu ölkədə demokratik keçid edən insanları yenidən cəzalandırmağı tələb edən qətnamə qəbul etməsi, cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul olunmasını tələb etməsi heyrətləndiricidir”.

.