Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı təxliyə edilir.

Təxliyə olunanlar ötən gün Tbilisi, Marneuli və Batumidəki klinikalarda koronavirus testləri veriblər və onların hər birinin analizini cavabı neqativ olub. Təxliyy olunan vətəndaşlar hazırda Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Sınıq Körpü" gömrük keçid məntəqəsinə toplanırlar, burada onların səfirlik əməkdaşlarının müşayiəti ilə Azərbaycana keçmələri təmin edilir.

Azərbaycana təxliyə edilənlərin ölkə ərazisində karantinə alınmayacağı bildirilir.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

.