Gürcüstanın Ozurgeti rayonunda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, gecə saatlarında baş verən hadisə zamanı yanacaqdoldurma məntəqəsinə daxil olan şəxs odlu silahla təhdid edərək pul tələb edib.

Gürcüstan DİN soyğunu törətməkdə şübhəli bilinən şəxsin “isti izlər”lə saxlanıldığını və faktla bağlı cinayət işinin başladıldığını açıqlayıb.

.