Gürcüstanın paytaxtı Tbilisi və Poniçala qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxslərdən biri 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

İstintaqla təqsirləndirilən şəxslərin sistematik olaraq vətəndaşlara heroin və digər narkotik vasitələr satdığı müəyyən olunub.

Onları 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

.