Gürcüstanda son sutkada daha 399 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 10 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 279 027-yə, ölənlərin sayı isə 3 732-yə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 356 nəfər artaraq 271 278-ə yüksəlib.

.