Gürcüstanda etirazçılar gecəni parlament binasının qarşısında keçiriblər.
Çadırlar quran etirazçılar Rustaveli prospektini avtomobillərin hərəkətinə bağlayıblar.
Etirazla əlaqədar parlament binasının girişlərinə çoxlu sayda polis yerləşdirilib, səhər saatlarında əraziyə su şırnağı maşınları gətirilib.
Qeyd edək ki, bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçiriləcək.
Prezident Salome Zurabişvili də daxil olmaqla ölkə müxalifəti seçkilərin nəticələrini və parlamentin legitimliyini tanımadıqlarını bəyan ediblər.
.